Bu tərbiyəsizliyi ona bağışlamaq olmaz! - VİDEOLAR

23 May 2023 16:00 Səbail 839
Bu tərbiyəsizliyi ona bağışlamaq olmaz! - VİDEOLAR

«Səbail» cari «futbol ili»ndə bir ilkə imza atdı.

Tovuzda oyunu 0:2-dən 2:2-yə gətirdilər.

«Turan» 2:0-u qorumaq niyyəti güdmədi, sonucda 1 xalla kifayətləndilər.

Şahin Diniyevin Bayıl klubunda qalıb-qalmayacağı yekun turunda məlum olacaq. Artıq hər şey onun və komandasının əlindədir. «Şamaxı» ilə evdəki qarşılaşmada «Səbail»i heç-heçə də qane edəcək.

Diniyev üzərinə götürdüyü öhdəliyi həyata keçirməklə özünə yaxşılıq etmiş olacaq.

Mənə maraqlıdır, o, «Səbail»in rəhbərliyinə, ölkə futboluna və bu futbolun tamaşaçısına, fanatına sayğılı münasibət göstərəcəkmi?

Bunun üçün heç nə yox, sadəcə, sərt üzünü göstərməsi kifayətdir. Əlbəttə, mənə, sənə, bir başqasına deyil. Şahin Diniyev Qoba Zakpanı düşərgədən qovmalıdır.

Bu hücumçu ədəbsiz, idmançıya yaraşmayan hərəkətləri ilə gündəmi yenə «zəbt edib».

Tovuzda hesabı bərabərləşdirincə, qeyri-etik davranan və bunu milyonlarla televiziya izləyicisinin gözü qarşısında edən legionerə ən ağır cəza verilməlidir.

Diniyev bu tərbiyəsizi özgə cür «ağıllandırmağa» çalışmamalı, «atam», «balam» söhbəti etməməli,

Tovuzdakı biabırçıığa göz yummamalıdır. Ayda, ildə bir qol vuran və fərqləndiyi hər epizodun davamında əlini ora-burasını aparan Zakpa nə matah biridir ki, Diniyev onu komandadan kənarlaşdırmağa çəkinsin.

Zakpa bu hərəkətləri ilə, əslində, «Səbail»in himayədarlarını aşağılayır, təhqir edir.

Bilirik də söhbəti. Afrikalı hücumçu klubdaxili iclasda ona tənə vuran sponsordan acıq çıxır.

Ancaq hamının xəbəri yoxdur axı o toplantıdan və orada danışılanlardan. Ekranda görünən Zakpanın tərbiyədənkənar əməlidir və niyə hər kəsə bundan «pay» düşməlidir?

Camaatın evində ailəsi, uşağı, böyüyü, kiçiyi var. Kimsə ailə üzvləri ilə birgə futbol izləyir və o hərəkəti görür.

Niyə onun arvadı, uşağı bu səhnəni izləməli, sonra da utandığından başını aşağı salmalıdır?

Zakpa evindəkilərdən əxlaq dərsi almayıb deyə, qeyri-etik jestərinə göz yummaq lazımdır?

ELXAN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!