
“Səbail”in baş məşqçisi Şahin Diniyev gələn mövsüm xidmətindən yararlanmayacağı futbolçuların ilkin siyahısını hazırlayıb.
Bura 7 oyunçu daxildir.
Ötən ilin dekabrında Mahmud Qurbanovun yerini ələ keçirən çalışdırıcı Rahid Əmirquliyev, Nihad Qurbanlı, Adil Nağıyev və Elmir Tağıyev kimi yerlilər daxildir.
Legionerlərdən isə bolqarıstanlı yarımmüdafiəçi Emil Martinov, ukraynalı müdafiəçi Petro Stasiuk, uqandalı hücumçu Luvaqa Kizito onun gözündən düşüb.
Qarşıdakı həftələrdə “qara siyahı”nın daha da genişlənməsi istisna olunmur.
SPORTİNFO.AZ