
Premyer Liqanın 26-cı turunda “Qarabağ”la qarşılaşacaq “Səbail” oyuna ciddi itkilərlər çıxacaq.
Komanda.az xəbər verir ki, 5 futbolçu Ağdam klubuna qarşı oynamayacaq.
Franko Mazurek və Rahid Əmirquliyev zədəlidir. Qustavo de Fransa və Ağabala Ramazanov isə cəzalıdır. Ruslan Hacıyev zədədən sonra yavaş-yavaş özünə gəlir.
Martın 11-də keçiriləcək “Qarabağ” – “Səbail” matçı saat 18:00-da başlayacaq.