Premyer Liqa klubu təhqirə görə cərimə ödəyəcək

7 Mart 2023 01:50 Səbail 496
Premyer Liqa klubu təhqirə görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsi (İK) Azərbaycan Premyer Liqasının 25-ci turunda yaşananlara hüquqi qiymət verib.

Sportinfo.az xəbər verir ki, komitə “Səbail”ə 4000 manat məbləğində cərimə kəsib.

“Dənizçilər”in azarkeşləri “Sumqayıt”la görüşdə təhqiramiz ifadələr işlədiblər. “Sumqayıt” isə nümayəndəsinin iclasa gecikməsi ucbatından 800 manat ziyana düşüb.

İntizam Komitəsi “Səbail”in qırmızı vərəqə almış futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza, kluba 200 manat cərimə tətbiq edib.

Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM