Mövsümün sonunda “Səbail”i tərk edəcək ilk futbolçunun kimliyi məlum olub.
Söhbət cinah müdafiəçisi Turan Manafovdan gedir.
Baş məşqçi Şahin Diniyevin ona güvənməməsi 24 yaşlı arxa xətt oyunçusunu belə qərar verməyə vadar edib.
Əslində Manafov qışda Bayıl təmsilçisini tərk etməyə yaxın idi. Ona Premyer Liqanın iki təmsilmçisindən real təklifləri də olub.
Konkret ad çəkəsi olsaq, bu klublar “Sumqayıt” və “Qəbələ”di.
Amma Diniyevin israrla onun qalmasını istəyib. Lakin qış fasiləsindən sonra təcrübəli futbolçu “Sənə ehtiyacım var” dediyi oyunçuya cəmi 1 dəqiqə şans verib.
“Neftçi”nin yetirməsi 2019-cu ildən “Səbail”də çıxış edir. Gənclər millimizin sabiq üzvü qısa müddət Yunanıstanda legoner həyatı da yaşayıb.
SPORTİNFO.AZ

