Premyer Liqa klubunun futbolçuları baş məşqçidən bu adama ŞİKAYƏT ETDİ

27 Fevral 2023 22:24 Səbail 1 165
Premyer Liqa klubunun futbolçuları baş məşqçidən bu adama ŞİKAYƏT ETDİ

Premyer Liqanın son turunda «Qəbələ»ni evdə məğlub edə bilməyən (2:2) «Səbail»də vəziyyət gərginləşib.

Uğursuz çıxış fonunda yeni baş məşqçidən narazı futbolçuların sayı durmadan artmaqdadır.

Şahin Diniyevin keçdiyi gündəlik məşq prosesi komanda üzvlərini ondan şikayətçi edib. Onlar çalışdırıcının yardımçısı Azər Məmmədovla görüşərək, bu haqda fikirlərini diqqətə çatdırıblar.

Oyunçular Diniyevin iş prosesinin tamamilə yararsız olduğunu, heç bir effekt vermədiyini bildiriblər.

«Dənizçilər»in dediyinə görə, baş məşqçi köhnə, yəni, geridəqalmış məşq metodikasından istifadə edir və bu, stabil nəticələrin qazanılmasına mane olur.

Ötən ilin dekabrında Mahmud Qurbanovun yerinə gələn Şahin Diniyev Bayıl təmsilçisini Premyer Liqada 6 oyuna çıxarıb.

Komanda onun rəhbərliyi altında 2 qələbə qazanıb. 1 heç-heçə edib və 3 görüşdə uduzub. 17 xala malik «Səbail» hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti