AFFA-nın adamları, ağlını başına yığan itkin hücumçu…

25 Fevral 2023 19:40 Səbail 1 130
AFFA-nın adamları, ağlını başına yığan itkin hücumçu…

Şahin Diniyev altıncı oyununda ilk heç-heçə ilə tanış oldu.

Turnir cədvəli öz şərtlərini diktə edir və «Qəbələ» ilə qarşılaşma bu baxımdan mühüm əhəmiyyət daşıyırdı.

Franko Mazurekin zədələnməsi və erkən əvəzlənməsi «Səbail»in planlarını çox pozdu. Argentinalı yarımmüdafiəçi bu aralar əla formadadır və işdir o, meydanı vaxtından əvvəl tərk etməsəydi, sonluq başqa cür olacaqdı.

Mirabdulla Abbasova görə sevinirik. Son günlərə kimi hesabda yox idi, adı bütün kitablardan silinmişdi.

Yazırdıq və deyirdik ki, futbolun qurtarıb, get, özünə başqa sənət tap.

Düz sözü həmişə demək lazımdır: Şahin Diniyev onun «dil»ini tapıb, oynadır. Mirabdulla da geyindiyi formanın haqqını verməkdən ötrü əlindən gələni əsirgəmir.

Deyəsən, başına gələnlərdən başmaqçı olub, özünü düzəldib, ağlını bir tək futbola verib. Bizim də ondan istəyimiz budur, sadəcə. Mövsümdə ikinci qolunu vuran hücumçunun bununla kifayətlənməyəcəyinə ümid edirik.

Şahin Diniyev «Səbail»in başına keçəndən bəri hakimlərin də bu kluba yanaşmasının dəyişməsini qeyd etməliyik.

Nə olub, nə olmayıbsa, «ədalət təmsilçisi» qismində meydanın mərkəzində və kənarlarında dayanan bu şəxslər artıq «Səbail»lə «müharibə aparmır».

Əksinə, simpatiyalarını gizlətmirlər indi.

Maksim Çex topun önünü əllə kəsdiyi halda, baş hakimin Emil Balayevə ciddi təhlükə yarada biləcəyi nöqtədə cərimə zərbəsi təyin etməməsi, «oynayın» göstərişi verməsi, epizodun davamında «Qəbələ»nin qapısına ikinci qolun vurulması sırf təsadüf kimi gəlməsin.

Birbaşa AFFA-ya bağlı olanlar bir-birlərinin ayağını tapdalamır. Yazılmamış qayda belədir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti