Paytaxt klubunda NARAZILIQ - Baş məşqçi vədinə əməl etmir

22 Fevral 2023 19:40 Səbail 1 014
Paytaxt klubunda NARAZILIQ - Baş məşqçi vədinə əməl etmir

Şahin Diniyevin "Səbail"ə təyinatı baş tutan kimi ilk addımı Adil Nağıyevi "Şamaxı"dan geri qaytarmaq olmuşdusa, ikinci addımı qış fasiləsində klubdan ayrılmağı düşünən Turan Manafovu heyətdə saxlamaq olmuşdu.

Mahmud Qurbanovun dönəmində "qara siyahı"ya düşən müdafiəçi fasilədə daha çox oynamaq şansı qazanacağı yerə getmək istəyirdi.

Ona digər Premyer Liqa klublarından real təkliflər də vardı.

Amma Diniyevin vədinə aldanan futbolçu "Səbail"də qalmağa qərar vermişdi. Təklif göndərə klub rəsmilərinə də qərarını dəyişməsini baş məşqçi ilə əlaqə olduğunu bildirmişdi.

Çox nahaq yerə...

Çünki təcrübəli mütəxəssis vədinə əməl etmir. Komanda Şahin Diniyevin rəhbərliyi altında artıq 5 turu arxada qoyub.

Amma 56 yaşlı çalışdırıcı bu görüşlərdə Turana 1 dəqiqə belə şans tanımayıb.

Zədə səbəbindən "Şamaxı" və "Kəpəz"lə oyunları sifariş ərizəsində yer almayan gənclər millimizin sabiq üzvü son 3 turda ilk "18-lik"də olsa da oynamaq imkanı qazanmır.

Təbii ki, bir müddət hətta əsas milli komandaya belə namizəd göstərilən arxa xətt oyunçusu yaranmış durumdan narazı olmaya bilməz.

Onun mövqeyini öyrənmək istədikdə isə zənglərimizə cavab vermədi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti