İdman direktoru transfer siyahısı hazırladı, baş məşqçi onu kənara itələdi

22 Fevral 2023 13:00 Səbail 1 216
İdman direktoru transfer siyahısı hazırladı, baş məşqçi onu kənara itələdi

«Səbail»in idman direktoru Fərəc Əliyev baş məşqçi Şahin Diniyevdən klub rəhbərliyinə şikayət edib.

Onun narazılığına səbəb yeni çalışdırıcının yeni futbolçuların alınmasıyla bağlı mövqeyidir.

Belə ki, ötən ilin dekabrında görəvə gəlmiş sükançı funksioner tərəfindən hazırlanmış transfer siyahısına barmaqarası yanaşıb.

Diniyev ilk söhbətdə ona «mənim üçün oyunçuları kimin gətirməsinin fərqi yoxdur, əsas odur, yaxşı olsun» söyləsə də, namizəd legionerlərin adları masanın üzərinə qoyulandan sonra onların menecerlərinin kimliyi ilə maraqlanıb.

Bu siyahıda özünə yaxın bildiyi agentlərin isimlərini görməyən çalışdırıcı Əliyevin xidmətini təklif etdiyi futbolçuların heç birini komandaya götürməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti