“Mən oğlumun oyununu həmişə bəyənmişəm” - VİDEO

18 Fevral 2023 17:00 Səbail 992
“Mən oğlumun oyununu həmişə bəyənmişəm” - VİDEO

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın son turunda qarşılaşdıqları “Zirə”nin formasını geyinən oğlu Coşqun Diniyev haqda danışıb.

O, 88 dəqiqə meydanda olan tarımmüdafiəçini tərifləyib:

“Mən onu həmişə bəyənmişəm. Düzdür, Coşqun “Qarabağ”da oynayan vaxt onlara məğlub olmuşduq.

Bu dəfə iki Diniyev – mən və Kərim digər Diniyevə qalib gəldik.

“Zirə” çempionatın ən yaxşı komandalarından biridir və Coşqun da bu onun içində.

Biz, sadəcə, “Zirə”ni düzgün analiz elədik. Hər bir tərəfi bağladıq ki, onlara imkan yaranmasın.

Həm Hamidu Keytanın “bağlanmas”, həm də Rəhim Sadıxova yaxın oynanmaq komandanın əməyidir”,

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti