«Səbail»in baş məşqçisi Şahin Diniyev yeni mövsümlə bağlı planların üzərinə indidən düşüb.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun vasitəsilə ötən ilin dekabrında Bayıl klubunun sükanı arxasına keçən çalışdırıcı diqqəti yerli bazara yönəldib.
O, bunun üçün bir çox vasitələrdən istifadə edir.
Məsələn, oğlanlarından. Diniyev özünün məşqçi korpusuna götürdüyü Kərimlə yanaşı, «Zirə»nin formasını geyinən Coşqundan da yararlanır.
Gələn mövsümə «Səbail»də başlayacağı bilinən yarımmüdafiəçi şəxsi əlaqələrini işə salıb.
Coşqun istər «Zirə»nin, istərsə də digər komandaların düşərgəsində yer alan bir neçə oyunçu ilə kontakt quraraq, onlara yayda «Səbail»ə gəlməyi təklif edir.
SPORTİNFO.AZ

