
“Səbail” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, bu, V turda “Qarabağ”la oyuna təsadüf edib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən “dənizçilər” ölkə çempionatında 25-ci ev qələbəsini qazanıb.
Paytaxt təmsilçisi bunu öz meydanında keçirdiyi 87-ci matçında reallaşdırıb. Komanda digər görüşlərin 18-də heç-heçə edib, 44 dəfə isə uduzub.
“Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb.
"Dənizçilər" həmin vaxt “Neftçi” ilə öz meydanındakı görüşdə bir cavabsız qolla qələbə qazanıblar.