Düzgünlüyə görə söyülmək

14 Fevral 2023 16:00 Səbail 642
Düzgünlüyə görə söyülmək

«Səbail» Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini «Kəpəz» üzərində qazanmışdılar.

Onda yaxşı oynamamışdılar.

Həmin gün bəxt «Kəpəz»in üzünə azacıq gülümsənsəydi, üç-dörd qolluq fərqlə qalib gələcəkdilər.

«Zirə»lə qarşılaşmanı «Səbail» başqa səviyyədə keçirdi. Şahin Diniyev rəqibi hərtərəfli analiz etmişdi.

Təkcə ona görə yox ki, kiçik oğlu Coşqun «Zirə»nin formasını geyinir. Bu turu da boş keçsəydilər, «Səbail»i irəlidəki həftələrdə daha ağır günlər gözləyəcəkdi.

«Zirə»nin oyununu Hamidu Keyta ilə Rəhim Sadıxov müəyyənləşdirir. Bu ikilini eyni anda «bağlamaq» hər rəqibə müəssər olmur.

«Səbail»in ikinci və üçüncü zonasının adamları Bayıldakı qarşılaşmada bunu böyük ölçüdə bacardı.

Meydanın özlərinə aid hissəsində pressinq altına düşəcəklərini gözləməyən «Zirə»liləri bir də top itkiərinə məəcbur etməklə məqsədlərinə çatdılar.

Rauf Cabarov nəticəyə təsir göstərən xətaları sıralamadı. Mübahisəyə açıq kritik qərarlar vermədi.

Fəqət, «Səbail» nümayəndələrinin təhqirlərinə məruz qaldı. Referinin qulağı eşidə-eşidə tribunadan onu söyürdülər.

Raufdan nə istəyirdilər, bəndənizə də qaranlıq qaldı.

Halbuki bu, bəlkə də onun son illərdə idarə etdiyi ən yaxşı oyun idi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti