İlk dəfə “Xəzər Lənkəran”la Poznanda, 11 il sonra Masazırda

12 Fevral 2023 13:40 Səbail 1 151
İlk dəfə “Xəzər Lənkəran”la  Poznanda, 11 il sonra Masazırda

Premyer Liqanın 21-ci turunda “Sabah”la matçda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Səbail”in kapitanı Rahid Əmirquliyev üçün bu bir ilk idi.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasında ilk dəfə bir Premyer Liqa matçında qırmızı vərəqə aldı.

“Sabah”la oyuna kimi Əmirquliyevin karyerasında yalnız bir qırmızı vərəqə olub ki, o da “Xəzər Lənkəran” forması ilə avrokubok matçlarına təsadüf edir.

2012-ci ildə “Lex”lə səfər matçında cəzalanan futbolçu 11 il sonra Masazırda bir ilki gerçəkləşdirib.

“Dənizçilər”in kapitanı saytımıza açıqlamasında bunları dedi:

“Bu mənim karyeramda daxili arenada gördüyüm ilk “qırmızı”dı. İlk dəfə “Xəzər Lənkəran”da çıxış edərkən “Lex”lə avrokubok matçında meydandan qovulmuşam.

Həmin gündən bu yana qırmızı ilə cəzalandırılmamışdım. Futboldu, hər şey olur. Çalışıram ki, komandamı meydanda azlıqda qoymayım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti