"Hop" deməyə tələsən paytaxt klubu

12 Fevral 2023 16:00 Səbail 959
"Hop" deməyə tələsən paytaxt klubu

"Səbail" öz kefində, öz damağındadır.

Bu mövsümü yarıtdılar, növbəti sezona hazırlaşırlar.

Artıq yeni transfer xəbərləri də gəlməkdədir. "Zirə"dən Coşqun Diniyevin, "Qəbələ"dən Məqsəd İsayevin növbəti mövsüm Şahin Diniyevin komandasında olacağı böyük ölçüdə dəqiqləşib.

Bilməyənlər üçün deyək, agaha olsunlar ki, mövsümün sonu sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək.

Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev dəfələrlə xəbərdarlıq edib.

Hazırda isə bu ada ən real və elə layiqli namizəd məhz Bayıl təmsilçisi olduğun deyə bilərik.

Artıq neçə müddətdir sonuncu pillədə olan Şahin Diniyevin yetirmələrinin oradan uzaqlaşa biləcəyi də asan görünmür.

"Zirzəmi"dən çıxmaq yolunda gərgin mübarizənin getdiyi komandalardan "Turan Tovuz" və "Şamaxı"ı sürətlə sonuncu pillədən uzaqlaşmaq yolunu çoxdan tutub.

"Sumqayıt" startdadı, "Kəpəz" isə oyunu ilə gec-tez haqq etdiyi xalları yığacağını göstərir.

Bəs, "Səbail" nəyə arxayındı? Kimə arxayındı ki, minimum vəzifə yerinə yetirilmədən növbəti mövsümün planların qurur?

Görünür, Şahin Diniyev çempionatda qalacağına çox əmindir. Və rəhbərliyə də bu əminliyi ötürə bilib.

Buna deyərlər arxı keçməmiş "Hop" demək.

Bəs arxa düşsə?

Gözləyək yayı...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti