“Səbail” Macarıstan “Uypeşt”inin futbolçusu Matiya Lyuyiçin keçidini rəsmiləşdirib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
“Səbail” 30 yaşlı pleymeykerə qədər qış fasiləsində heyətini David Qomislə gücləndirib, Adil Nağıyevi isə icarədən qaytarıb.
Serbiyada “Teleoptik”un yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Yeni Zelandiya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.
Serbiyalı bu sezon "Uypeşt"lə 13 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

