Premyer Liqa klubumuz 7000-lik legioner gətirdi

10 Fevral 2023 10:40 Səbail 1 135
Premyer Liqa klubumuz 7000-lik legioner gətirdi

“Səbail” yeni legioner transfer edib. “Dənizçilər” Matiya Lyuiçi sıralarına qatıb.

29 yaşlı yarımmüdafiəçinin son klubu Macarıstan “Uypeşt”i olub.

Serbiyalı buna qədər İsrailin “Bney Yehuda”, “Hapoel Hayfa” , Litvanın “Jalqiris”, Koreyanın “Qanqvon” klublarında çıxış edib.

Lyuiç vətənində “Teleoptik”, “Mladost”, “Rad”ın da formasını geyinib.

“Səbail” balkanlı yeni oyunçusuna hər ay 7000 dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti