Premyer Liqada 100...

4 Fevral 2023 02:40 Səbail 362
Premyer Liqada 100...

Premyer Liqanın XX turu “Səbail”in futbolçusu Cabir Əmirli üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çempionatda 100-cü oyununu keçirib.

Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. Cabir 100 qarşılaşmada 2 qola imza atıb.

Müdafiəçi Premyer Liqada 2016/17 mövsümündə debüt edib. O, bu müddətdə 4 klubun formasını geyinib.

“Keşlə”də 45 (1 qol), “Səbail”də 44 (1) dəfə şans qazanan arxa xətt oyunçusu “Sumqayıt”da 7, “Neftçi”də 4 oyuna çıxıb.

Bu qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Bakı klubu qələbəsiz oyunlar və məğlubiyyət seriyalarına son qoyub.

Sonuncu dəfə 2022-ci oktyabrın 8-də “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn “Səbail” 115 gündən sonra 3 xal qazanıb. Bu müddətdə 10 qələbəsiz matç keçirən komanda 2 heç-heçədən sonra ardıcıl 8 dəfə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti