"Məni "Səbail"ə prezident, Mircavadovu müşavir göndərin" - YENİ PROSES

3 Fevral 2023 15:00 Səbail 1 325
"Məni "Səbail"ə prezident, Mircavadovu müşavir göndərin" - YENİ PROSES

AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov federasiya rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.

O, həm özünün, həm də Ağasəlim Mircavadovun «Səbail»də çalışmaq istədiyini bildirib.

Sadıqov bununla bağlı fikrini qurumun de-fakto rəhbəri. Hazırda FİFA-nın Paris ofisində iş alan Elxan Məmmədova çatdırıb.

Sadıqov Bayıl klubunun prezidenti olmaq, komitənin üzvü olan Mircavadovu isə özünə müşavir təyin etmək iddiasındadır.

Vitse-prezilent AFFA-dakı tutduğu vəzifələrdə qalmaq şərtiylə «Səbail»i nəzarətinə keçirmək üçün xeyli müddətdir «dəridən-qabıqdan çıxır».

Müxtəlif vaxtlarda 3 dəfə millini çalışdırmış «mütəxəssis» «dənizçilər»in hazırkı idarəçilərinin heç birini bəyənmir. Onun idman direktoru Fərəc Əliyenv başda olmaqla, funksioner heyəti barədə mənfi fikirlər söyləməsi bəllidir

Komandanın yeni baş məşqçisi Şahin Diniyev elə Vaqif Sadıqovun təqdimatı və təkidi ilə «Səbail»ə gətirilib. Bunu nəyinsə qarşılığında edib? Zamanla bu da bilinəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti