Yeni baş məşqçi rəhbərliklə görüşdü və vəd verdi ki…

2 Fevral 2023 16:00 Səbail 739
Yeni baş məşqçi rəhbərliklə görüşdü və vəd verdi ki…

«Səbail»in yeni baş məşqçisi Şahin Diniyev klub rəhbərliyi ilə görüşüb.

Burada qış hazırlığı, transfer çalışmaları və qarşıdakı planlar müzakirə olunub.

Çalışdırıcı Antalya toplanışını müsbət qiymətləndirib və bildirib ki, komanda 2-3 həftəyə tam formaya düşəcək.

O, yeni legionerlərin alınmasına ehtiyac görmədiyini, hazırkı heyətlə Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələcəyini söyləyib.

Diniyev qeyd edib ki, düşərgədə kifayət qədər futbolçu var və ciddi dəyişikliyə getmədən «Qəbələ»ni ölkə kubokundan kənarlaşdırmaq, yəni, minimum finala vəsiqə qazanmaq mümkündür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti