Qurbanov getdi, Diniyev başladı - “Məmmədağa, vur qabağa”

3 Fevral 2023 23:40 Səbail 902
Qurbanov getdi, Diniyev başladı - “Məmmədağa, vur qabağa”

“Kəpəz” qış fasiləsindən sonra ikinci görüşündə də qələbəyə həsrət qaldı.

Ötən tur “Qəbələ” üzərində 2:0 önə çıxan kollektiv ikinci yarı buraxdığı iki qolla əla üstünlüyü əldən vermişdi.

"Qırmızı qaralar"ın heyətin, hədəflərin nəzərə alsaq, müəyyən qədər bərabərliyi də qazanc hesab etmək olardı.

Amma Bayıldan xalsız qayıtmaq faciə hesab olunacaqdı. Axı Tərlan Əhmədovun yetirmələri turnir cədvəlinin "zirzəmi"sində yer alan “Səbail”dən də xal almayıb, kimlərdən xal alacaqdı?

Bölgə klubu gözlənilən kimi oyuna qələbə iddiası ilə başladı. Topa daha çox sahib olan meydan sahibləri ilk dəqiqələrdən Emil Balayevin qapısını təzyiqdə saxlamağı bacardı.

Yaxşı qol epizodları da ard-arda gəlməkdəydi.

Gah futbolçular naşılıq edirdi, gah da tirə, dirəyə dəyən toplar gəncəliləri sevinməyə qoymurdu.

Bütün 90 dəqiqə belə keçdiyini əminliklə demək olar. Meydan sahibləri isə bunun tam əksi olaraq, start fitindən final fitinə kimi qapanmaq, topu hara gəldi vurmaq prinsipinə sadiq qaldı.

Bu arada əminliklə demək olar ki,Mahmud Qurbanovun iddialı komandalara qarşı belə oynatdığı baxımlı oyun sürətlə yerini “Məmmədağa, vur qabağa” futboluna keçid edir.

Belədə hər an qonaqların fərqlənəcəyin ehtimal etmək çətin deyildi. Amma futbolun yazılmayan “vurmayana vurarlar” qanunu növbəti dəfə həqiqət oldu.

90 dəqiqə rəqib qapısına yaxınlaşa bilməyən, bir real qol epizoduna girməyən Şahin Diniyevin yetirmələri 77-ci dəqiqədə hesabı açdı.

“Kəpəz”in cərimə meydançasında yaranmış qarşılıqlıqdan sonra top Franko Mazurekin önünə düşüncə o da asanlıqla qolu öz adına yazdıra bildi.

Qalan dəqiqələrdə Əhmədovun yetirmələri bütünlüklə hücumda keçirsə də qol vurmaq onlara müəssər olmadı. Ağır məğlubiyyət qısa fasilədən sonra Gəncə təmsilçisini yenidən sonuncu pilləyə yuvarlamış oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi