"Bunun günahkarı mənəm" - Mətbuata bir, futbolçulara başqa söz dedi

31 Yanvar 2023 14:40 Səbail 687
"Bunun günahkarı mənəm" - Mətbuata bir, futbolçulara başqa söz dedi

Bu gün Premyer Liqada 20-ci turun daha iki görüşü oynanılacaq.

"Səbail" Bayılda "Kəpəz"i qəbul edəcək.

Qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.

10 xalla turnir cədvəlinin «dib»in «dəmir atan» ev sahibləri ən yaxın rəqibinə qalib gəlməyə çalışacaq. Əksi olsa. Tərəflər arasında xal fərqi 6-ya çatacaq.

Ötən ilin dekabrında «Səbail»də işə başlayan Şahin Diniyevin debütü uğursuz alındı. «Dənizçilər» onun rəhbərliyi altında çıxdığı ilk rəsmi matçda

«Şamaxı»ya səfərdə məğlub oldu -1:2. Odur ki, bu gün keçiriləcək qarşılaşmada sabiq komandasına qalib gəlmək Diniyev üçün bir neçə aspektdə vacibdir.

Axı o, sonuncu dəfə məhz Gəncə təmsilçisində çalışıb. Beş il öncə adıçəkilən məşqçini qalmaqallı hadisələrin fonunda buradan uzaqlaşdırıblar.

Klubda aşkarlanan maliyyə maxinasiyaları təkcə AFFA-nın nümayəndəsinin deyil, Diniyevin də sonunu gətirdi.

«Səbail» bu axşam «Kəpəz»ə qalib gəlməsə, həmin çirkin söz-söhbətlər təkrar gündəmə gələcək, xatırlanacaq. Şahin bəy bunu bilir və əlindən gələni edir ki, yeni komandası 3 xal qazansın, məlum söz-söhbətlər yada düşməsin.

O, bunun üçün nə etsə, yaxşıdır? Diniyev komandadaxili toplantıda «Şamaxı»ya məğlubiyyətin yükünü «bunun məsyuliyyəti məndədir, günahkar mənəm» ifadəsini işlədib.

Halbuki çalışdırıcı Şamaxıda keçirilən oyundan sonra mətbuata verdiyi açıqlamiada 190 dərəcə fərqli mövqe sərgiləmişdi.

O, ad çəkməsə də, Mahmud Qurbanovun yanlış transfer siyasətindən dəm vurmuş, kollektivdə ab-havanın gərgin olmasını, futbolçuların verdiyi tapşırıqları yerinə yetirməməsini vurğulamışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!