Qurbanovun zəfəri Diniyevin dadına çatacaqmı? -VİDEO

30 Yanvar 2023 20:20 Səbail 1 052
Qurbanovun zəfəri Diniyevin dadına çatacaqmı? -VİDEO

5 ildən sonra Premyer Liqaya qayıdan Şahin Diniyev ilk sınağında autsayder "Şamaxı"ya məğlub oldu - 1:2.

Bu həftə onun komandasını autsayderlərdən daha biri - "Kəpəz"lə matç gözləyir.

Doğma meydanda baş tutacaq oyunda yəqin ki, hədəf yalnız qələbə olacaq.

Komdanın düşdüyü durum, turnir cədvəlində qərar tutduğu mövqe belə deməyə əsas verir.

Klubun sosial şəbəkə hesabından paylaşılan son video da futbolçuları bu hədəf uğrunda daha güclü motivasiya etməyə xidmət etdiyi sirr deyil.

Söhbət komandalar arasında ilk dövrə "ASCO Arena"da baş tutan qarşılaşmadan gedir.

Mahmud Qurbanovun rəhbərlik etdiyi Bayıl təmsilçisi həmin oyunda rəqibin daşını daş üstə qoymamışdı.

Bakıda keçirilmiş həmin oyunda meydan sahibləri darmadağınla yadda qalmışdı - 4:1.

Yəqin ki, səhifə admini məlum qələbəni bir dərslik kimi baş məşqçinin gözləri önünə sərib.

Görəsən, Diniyevin dəstəsi Qurbanovun həmin möhtəşəm qələbəsindən ilham alıb, ilk qələbəsini qazana biləcəkmi? Gözləyək...

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti