U-19-un müdafiəçisi Premyer Liqada klubunu dəyişdi - TƏZMİNATSIZ…

29 Yanvar 2023 23:40 Səbail 980
U-19-un müdafiəçisi Premyer Liqada klubunu dəyişdi - TƏZMİNATSIZ…

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Dənizçilər" saytımızın yanvarın 12-də yaydığı xəbəri təsdiqləyərək, "Şamaxı"dan Mirəli Əhmədovu transfer etməsini açıqlayıb.

Cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Əhmədov bu mövsüm "Şamaxı"nın heyətində Premyer Liqada 1 matça çıxıb.

U-19 yığmasına da çağırılan arxa xətt oyunçusu əyalət təmsilçisində praktika qazanmadığı üçün burada qalmayıb. "Şamaxı" bu keçidə qarşı qarşı tərəfdən təzminat almayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti