“Şans yaransa, niyə avrokuboklarda iştirak etməyək?”

25 Yanvar 2023 23:40 Səbail 692
“Şans yaransa, niyə avrokuboklarda iştirak etməyək?”

"Həqiqətən də çempionatımızdakı ən güclü rəqiblərdən birini məğlub etdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”İn qapıçısı Hüseynəli Quliyev deyib.

“Sabah”ı ¼ final mərhələsindən uzaqlaşdıran Bayıl təmsilçisi ölkə kubokunun yarımfinalında “Qəbələ” ilə qarşılaşacaq.

“Dənizçilər” əyalət təmsilçini da yolunun “üzərindən təmizləsə”, finalda “Neftçi” – “Turan Tovuz” cütünün qalibi ilə üz-üzə gələcək.

Quliyev kuboku qazanmaq perespektivləri haqda bunları söyləyib:

“Hər bir klub kimi, biz də kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yarımfinalda “Qəbələ”ni udmaq üçün bütün bacarığımızı qoyacağıq.

Şans yaransa, niyə avrokuboklarda iştirak etməyək?

Premyer Liqa da bizim üçün vacibdir. Kubokdan öncə qarşıdakı liqa oyunlarına köklənməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı