Futbolçular yeni baş məşqçinin hansı işindən narazıdır?

23 Yanvar 2023 16:00 Səbail 937
Futbolçular yeni baş məşqçinin hansı işindən narazıdır?

"Səbail"in yeni baş məşqçisi Şahin Diniyev futbolçuları özündən narazı salıb.

Dekabrda görəvə gələn çalışdırıcının Antalyadakı təlim-məşq toplanışında keçdiyi məşqlər «dənizçilər»in ürəyincə olmayıb.

Oyunçulardan bir neçəsinin verdiyi məlumata görə, Diniyev köhnə məşq üsulları tətbiq edir və fiziki cəhətdən ağır «yüklənmə» verir.

Beş ildən sonra aktiv məşqçilik həyatına qayıdan sükançının müasir futbolun yeniliklərindən xəbərdar olmaması, sovetdən qalmış məşq proqramlarına üstünlük verməsi komanda üzvlərinin ondan şikayətinin başında gəlir.

Problem artıq klub rəsmilərinə də məlumdur. Sadəcə, Diniyevin işinə qarışmaq istəmədiklərindən, ona bu barədə heç nə demirlər. Hər halda narazı futbolçulara belə söyləyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular