Qurbanovun istefası üçün "gözləmirdim" söylədi, yeni baş məşqçinin… VİDEO

21 Yanvar 2023 11:40 Səbail 764
Qurbanovun istefası üçün "gözləmirdim" söylədi, yeni baş məşqçinin… VİDEO

«Səbail»in sabiq baş məşqçisi Aftandil Hacıyev «CBC Sport»un qonağı olub.

Tanınmış telejurnalist Elnur Məmmədlinin suallarını cavablandıran gənc mütəxəssis keçmiş klubundakı son hadisələrə münasibət bildirib.

O, mayda görəvə gəlmiş Mahmud Qurbanovun dekabrda istefa verməsini gözləmədiyini söyləyib. Hacıyev Bayıl təmsilçisində işə başlayan Şahin Diniyevin perspektivinə ümidverici yanaşıb.

Qeyd edib ki, sonuncu komandanı turnir cədvəlinin son pilləsindən qurtarmaq üçün hər cür imkana malikdir, çünki burada çoxlu sayda yaxşı futbolçu var və heyət kifayət qədər genişdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!