Kapitan narahat oldu, “tam hazır deyilik” dedi

19 Yanvar 2023 23:00 Səbail 508
Kapitan narahat oldu, “tam hazır deyilik” dedi

“Təlim-məşq toplanışında vaxtımız az olsa da, bundan maksimum yararlanmağa çalışdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in Antalya toplanışı haqda danışan komandasının ən təcrübəli futbolçusu və kapitanı Rahid Əmirquliyev deyib.

Yarımmüdafiəçi Türkiyə toplanışının “dənizçilər”in xeyrinə işlədiyini desə də, tam hazır olmadıqlarını da etiraf edib:

“İki həftəlik hazırlıq prosesinin xeyrimizə olduğunu düşünürəm. Hər gün iki məşq, üstəgəl, üç yoldaşlıq oyunu.

Bizim üçün ağır olsa da, faydasını çempionatda görəcəyimizə inanıram. Sınaq görüşlərində komandadakı çatışmazlıqları gördük. Toplanış vaxtı əsas olan nəticə yox, komandanın hazırlığıdır.

Bu gün çempionata bəlkə də 100 faiz hazır deyilik. Amma 80 faiz hazır olduğumuzu deyə bilərəm.

Qalan əskikləri də Bakıdakı məşqlərdə aradan qaldıracağımıza inanıram. Mövsümün ikinci yarısında azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

“Səbail” qardaş ölkədə üç yoldaşlıq görüşü keçirib. “Legiya” (Polşa) və “Bohemians 1905” (Çexiya) ilə oyunlar qolsuz bərabərliklə başa çatıb.

Şahin Diniyevin yetirmələri son qarşılaşmada “Spartak Subotiça”ya (Serbiya) uduzub – 0:1.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti