Azərbaycan klubunun rəhbərliyində dəyişiklik olacaq?

18 Avqust 2022 10:40 Səbail 1 095
Azərbaycan klubunun rəhbərliyində dəyişiklik olacaq?

«Səbail»in rəhbərliyində dəyişiklik baş verə bilər.

Sportinfo.az bu haqda klubun özündən məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, «Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) idman direktoru Fərəc Əliyevin fəaliyyətindən kəskin narazıdır.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Premyer Liqanın ikinci turu çərçivəsində keçirilən «Turan Tovuz»la matçdan (0:1) sonra stadionda F.Əliyev və digər funksionerləri bir araya gətirib.

O, idman direktorunu düzgün informasiya verməməkdə qınayıb. R.Vəliyev bildirib ki, komandanın oyunu onu qane etmir, yeni məşqçi korpusunun işi və transferlər barədə müsbət rəydə deyil.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?