Premyer Liqa klubu yola saldığı məşqçiləri bu cür incidir

27 May 2022 14:40 Səbail 1 390
Premyer Liqa klubu yola saldığı məşqçiləri bu cür incidir

«Səbail» rəhbərliyi Aftandil Hacıyevin başçılıq etdiyi keçmiş məşqçilər korpusuna problem yaradıb.

«Dənizçilər» briqada üzvləri qarşısında götürdüyü maliyyə öhdəliyini yerinə yetirmir.

Baxmayaraq ki, onların istəyi cəmi 2 ayın pulunun ödənilməsidir.

Mayın 13-də Hacıyevlə müqavilənin müddətini 1 il uzadan, 10 gün sonra anlaşmaya birtərəfli qaydada xitam verən Bayıl təmsilçisi istər onun, istərsə də yardımçılarının haqlı tələbindən müxtəlif bəhanələrlə yayınır, az bir məbləğlə ayrılığı rəsmiləşdirməyə cəhd göstərir.

Halbuki 1 il üçün kompensasiyanın tam ödənilməsini də istəyə, verməsələr, öncə AFFA-ya, ardınca FİFA-ya şikayət edə bilərlər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti