“15 ildir futboldayam, çox şey görmüşəm, amma belə hadisə…”

25 May 2022 23:20 Səbail 1 654
“15 ildir futboldayam, çox şey görmüşəm, amma belə hadisə…”

Aftandil Hacıyevin "Səbail"dən ayrılması gündəmi zəbt etməkdədir.

Axı gənc mütəxəssislə cəmi 10 gün əvvəl yeni müqavilə imzalanmışdı.

Futbol ictimaiyyəti kimi, paytaxt klubunun üzvləri də qərardan şokdadır.

Bunu komandanın təcrübəli simalarından sayılan Əfran İsmayılovun Sportinfo.az-a açıqlamasından hiss etməmək mümkün deyil.

Sitat: "Bizim üçün çox gözlənilməz oldu. Aftandil müəllimi çox istəyirik. Neçə illərdi komamdamızdadır.

Hər bir əziyyətə, çətinliyə dözmüşdü. Hamımız buna şahidik. Bəzən 3-4 ay maaş olmurdu. Çox çətinliklər gördük.

Amma Aftandil müəllim bunun öhdəsindən gəlirdi. Düzdü, nəticələr yaxşı deyildi, amma kollektivi qoruyurdu ki, yaxşı günlər də gələcək.

Həm günlər gəldi. Hər şey yavaş-yavaş yaxşılığa doğru gedirdi. Son anda belə bir qərar verildi. 15 ildi futboldayam və çox şey görmüşəm.

Açığı, belə hal olmamışd ki, müqavilə imzalansın və 10 gün sonra fərqli qərar verilsin. Bu bir az qəribə gəldi".

İsmayılov özünün klubdakı gələcək taleyinə də toxunub: "Futbolçu kimi qalmağımı istəsələr bu barədə düşünmək olar. Hər bir işdə xeyir var. İnşallah, hər bir tərəf üçün xeyrli nədisə o olar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti