Yunanıstandan Bakıya qayıtdı, ölkə xaricindən TƏKLİFLƏR ALDI - ADLAR

24 May 2022 23:00 Səbail 1 565
Yunanıstandan Bakıya qayıtdı, ölkə xaricindən TƏKLİFLƏR ALDI - ADLAR

“Səbail”in müdafiəçisi Turan Manafov karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.

O, 3 ölkədən təklif alıb. Daha doğrusu, xarici klublar azərbaycanlı “solaxay”ın xidmətində maraqlıdır.

Türkiyənin Birinci Liqasında mübarizə aparan “Adanaspor” futbolçumuzu diqqətdə saxlayırsa, Polşanın yüksək liqasına vəsiqə qazanan Lodz “Vidzev”i yayda göstərdiyi marağı artırıb.

Ən real təklif isə Latviyadandır. Ölkənin tanınmış klublarından olan “Lipeya” Turanı birbaşa müqaviləyə dəvət edir.

Manafovun yenidən xaricə yollanmasında əsas əngəl “Səbail”lə müqavilə müddətinin davam etməsidir.

Futbolçu ilə klubun anlaşması bu ilin dekabrına qədər nəzərdə tutulub. Turan “dənizçilər”lə qarşılıqlı razılıq əsasında yolunu ayıra bilsə, karyerasını bu 3 komandadan birində davam etdirə bilər.

23 yaşlı müdafiəçi bu ilin əvvəlində Yunanıstan “Olimpiakos Volos”una icarəyə verilmişdi. Lakin klubun yaşadığı maliyyə problemi üzündən həmyerlimiz orada cəmi 4 oyunun həyəcanını hiss etmişdi.

Bir müddət zədədən əziyyət çəkən Manafov çətin günlərini başa vuraraq tam gücü ilə məşqlərə başlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti