Hacıyev getdi, futbolçular da fikrini dəyişdi
Aftandil Hacıyev gözlənilmədən "Səbail"lə yolları ayırdı.
Halbuki cəmi 10 gün əvvəl bir illik yeni müqavilə razılığı əldə olunmuş və ictimaiyyətə açıqlanmışdı.
Və bundan sonra gənc mütəxəssisin də istədiyi bir neçə futbolçuya müqavilə təklifləri gəndərilmiş, danışıqlar aparılmışdı. Hətta aralarında paytaxt klubuna gəlməyi düşünən adlar da vardı.
Amma 41 yaşlı mütəxəssisin qəfil ayrılıq xəbərinin yayılması həmin futbolçuları da yenidən düşünməyə vadar edib. Ki, əksər futbolçular məhz Hacıyevə görə "Səbail"lə gəlməyə hazır idi.
İndi isə bu qərarı verməkdə tərəddüt edirlər. Görünən odur ki, Bayıl təmsilçisi yeni mövsüm üçün normal heyət formalaşdırmaqla bağlı ciddi sıxıntı yaşayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

