Paytaxt klubunda daha bir futbolçu ilə bağlı QƏRAR VERİLDİ

17 May 2022 22:20 Səbail 1 472
Paytaxt klubunda daha bir futbolçu ilə bağlı QƏRAR VERİLDİ

Büdcəsi artırılacaq "Səbail" yeni mövsümə hazırlıqlara artıq indidən start verib.

Baş məşqçi Aftandil Hacıyevin qarşıdakı sezon sərəncamında görmək istədiyi futbolçular arasında Adil Nağıyev də var.

Təcrübəli futbolçuya yeni müqavilə təklif olunub. Amma Nağıyev qərar verməyə tələsmir. Buna səbəb ona yeni təkliflərin olmasıdır.

Belə ki, həm yerli, həm də ölkə klublarından təkliflər alan 26 yaşlı futbolçu baş məşqçi ilə məsləhətləşmələrdən sonra yekun qərarını verəcək.

Adil Nağıyev 2019-cu ildən Bayıl təmsilçisinin şərəfini qoruyur.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM