Yolunun üstünə pul səpilən kluba dikilmiş gözlər və...

14 May 2022 23:40 Səbail 1 065
Yolunun üstünə pul səpilən kluba dikilmiş gözlər və...

"Səbail"i növbəti mövsüm kimin çalışdıracağı, nəhayət, dünən dəqiqləşdi.

Klub rəhbərliyi hazırkı baş məşqçi Aftandil Hacıyevlə növbəti mövsümün sonuna kimi müqavilə imzalamağı məqsədə uyğun bildi.

Məncə, gənc mütəxəssis daha çoxuna layiqdir. Mərdliyi, səbri, əziyyəti ilə.

Bayıl təmsilçisində 2-3 ay əvvəl bugünkü kimi gülən üzlər görmək müşkül məsələ idi. Ardıcıl məğlubiyyətlər, matçlara mükafatların təyin olunmaması, ruhsuz komanda və daha ciddi narahatlıq yaradan maaş gecikmələri. Bir sözlə, problem üstə problem vardı.

Kim olsa başını götürüb qaçardı. Axı nə qədər futbolçudan giley-güzar eşitmək, maaş həsrətli baxışlar görmək olardı? Şəxsən özüm dəfələrlə çevrəmdəki dostlara "Aftandil müəllimin yerində kim olsa istefa verib gedərdi" deyirdim.

Amma bu qədər nöqsanların fonunda o, bu addımı əsla düşünmədi. Ən pis gündə də məğrur formada komandasının başında durdu. Hətta bəzən bir qədər də qabağa gedərək "Qarabağ", "Qəbələ" kimi komanadaları əliboş yola salmağı belə bacardı.

Amma son 2-3 ayda paytaxt klubunda üzlər gülür. Klub sahibləri kisənin ağzını qısmən açmağa qərar veriblər. Kollektivə yuxarı səviyyədə diqqət artıb.

Belədə də komandaya gəlməyə göz dikənlərin varlıqları hiss olunmaqdaydı. Hətta Aftandil müəllimin getməsinə çalışan qüvvələrin olduğu da deyilirdi.

Amma bu gün qərar açıqlanan kimi üzümə təbəssüm gəldi. Bu, haqqın nahaqqa qalibiyyətinin gətirdiyi sevinc təbəssümü idi. Ki, hazırda Hacıyev qədər bu klubu çalışdırmağa bu gün kimsənin haqqı çatmır. Haqq yalnız onundursa, niyə də yox? Uğurlar, Aftandil müəllim. Yola davam...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti