"Dəvət olsa, daha 1 il oynamaq istəyirəm" - Millimizin sabiq yarımmüdafiəçisi

12 May 2022 23:40 Səbail 854
"Dəvət olsa, daha 1 il oynamaq istəyirəm" - Millimizin sabiq yarımmüdafiəçisi

"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu mövsümün son iki matçına ciddi hazırlaşdıqlarını bildirib:

"Mövsümün başa çatmasına iki tur qalıb. Düzdü, heç nəyə şansımız yoxdur. Amma ən azından "Sumqayıt"ı arxada qoymaq şansımız var. Çempionatı sonda bitirmək istəmirik. Ona görə də "Sumqayıt" və "Qarabağ"la oyunları ciddi fikirləşirik".

32 yaşlı futbolçu karyerası ilə bağlı yekun qərarını da verdiyini sözlərinə əlavə edib:

"Karyeramı bitirmək fikrim yoxdur. İnşallah, daha 1 il oynamaq istəyirəm. Yəni fikrim davam etməkdir. Ancaq mövsümün sonu bilinəcək ki, təklif olacaq, yoxsa olmayacaq".

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi "Səbail"ə kimi ölkəmizdə "Xəzər Lənkəran", "Qarabağ" və "Şahdağ"ın şərəfin qoruyub.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti