Baş məşqçinin getməsini neçə futbolçu istəyir?

9 May 2022 09:40 Səbail 1 152
Baş məşqçinin getməsini neçə futbolçu istəyir?

Aftandil Hacıyev «Səbail»in mövsümü turnir cədvəlinin son pilləsində təhvil vermək istəmir.

Çalışdığı bunun üçündür.

Hələ dəqiq bilinmir ki, o, yeni mövsümə Bayılda başlayacaq, ya yox.

Bəzi açıq suallar qalıb və güman ki, bu qeyri-müəyyənlik hələ 1-2 həftə çəkəcək.

Hiss etdiyim odur ki, Hacıyevin «Səbail»də işini davam etdirməsi bəzi futbolçulara xoş gəlmir. Əvvəl pul ortalığa gəlmirdi, fikirləşirmək olardı ki, stimul olmadığından, meydana candərdi çıxırlar.

Bu gün pul var, özü də artıqlamasıyla, fəqət, komanda oyunu ilə gah nala vurur, gah mıxa. Fərdi səhvlərə də söz tapmaq olmur.

Camal Araqo neçə turdur ki, «teatr» qurub. Liberiyalı müdafiəçinin nə etmək istədiyini başa düşmək qəliz məsəlidir. Aftandil Hacıyevə məsləhət görərdim ki, bu gün onu yanına çağırsın və bu sualı versin.

Hər halda baş məşqçiyə nə deyəcəyi mənə də maraqlıdır. Cərimə meydançasına daxil olmaq istəyən rəqibə təpik atmasını, ardınca formasından dartmasını necə anlayaq?

Araqo bu hərəkəti ilə nə etmək, nə demək istəyirdi?

«Sabah»la oyunun gedişində həm o, həm də digərləri «n» qədər səhvə yol verdi, gərək Hacıyev onların hər birini tək-tək incələsin.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!