"1-2 mövsüm oynaya biləcəyimi düşünürəm" - Əfran İsmayılov

4 May 2022 23:00 Səbail 467
"1-2 mövsüm oynaya biləcəyimi düşünürəm" - Əfran İsmayılov

"Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu öncə Premyer Liqanın sonuncu turunun "Şamaxı" ilə baş tutan matçını (0-0) şərh edib:

"Çox maraqlı səfər oldu. Şamaxı gözəl, səfalı bölgələrimizdən biridir. Əla arena, çox sayda azarkeş önündə gərgin oyun keçdi. Uzun müddət idi bu komandanı məğlub edə bilmirdik. Son zamanlar yaxşı formadayıq. Rəhbərlik də öz dəstəyini göstərməkdədir. Neçə vaxt idi belə dəstək hiss etmirdik. Bu da oyunumuza müsbət təsir edib. 4-5 oyunda rəqiblərdən geri qalmırıq. Ən azından məğlub olmaq istəmirdik. İstədiyimiz oyunu göstərə bildik. Real şanslarımız oldu, amma istifadə edə bilmədik. Ağır səfərdən bir xalla qayıtdıq. Məncə, elə ədalətli nəticə də bərabərlik idi".

Milli komandamızın sabiq üzvü karyerasını hələ davam etdirmək barədə düşündüyünü də sözlərinə əlavə edib: "Bir-iki mövsüm oynamaq istəyirəm. Baxıram ki, özümə diqqət etsəm, inşallah oynaya bilərəm. Yəni buna gücüm var. Son oyunda da 90 dəqiqə oynadım. Yenə də baş məşqçimizlə məsləhətləşib qərar verəcəm. Toplanışda daha yaxşı forma yığacağımı düşünürəm. Hələ də yekun qərarımı verməmişəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti