225 gündən sonra "Qarabağ"da - FOTO

30 Aprel 2022 00:40 Səbail 1 513
225 gündən sonra "Qarabağ"da - FOTO

"Qarabağ"ın legioneri Xayme Romero uzun müddətdən sonra oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, xeyli vaxtdır zədədən əziyyət çəkən ispaniyalı yarımüdafiəçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə cavab matçında (5:0) meydana daxil olub.

Baş məşqçi Qurban Qurbanov fasildən sonra Xaymeni meydana buraxıb. Bununla da 31 yaşlı futbolçu 225 gündən sonra yaşıl meydana qayıdıb.

Xayme ötən ilin sentyabrında, Konfrans Liqasının 1-ci turunun “Bazel”lə görüşdə zədələnmişdi.

ıXayme Romero 225 gündən sonra meydana çıxdı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”