"Neftçi"yə görə hakimi suçladı: "Onun qərarlarını anlamadım"

25 Aprel 2022 01:00 Səbail 555
"Neftçi"yə görə hakimi suçladı: "Onun qərarlarını anlamadım"

Premyer Liqanın 24-cü turunda "Neftçi"ni qəbul edən "Səbail" rəqibinə 0:1 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Aftandil Hacıyev matçı şərh edib.

Oyunsonrası keçirilən mətbuat konfransında danışan Hacıyev baş hakim Rəvan Həmzəzadənin qərarlarına toxunub:

"Sürətli, dinamik oyunun şahidi olduq. Futbolçularım rəqibə layiqli müqavimət göstərməyi bacardı.

Kifayət qədər qol epizodumuz var idi. "Neftçi"ni ilk dəqiqələrdən təzyiqi altında saxlamağı düşünürdük. Böyük ölçüdə planımız alındı.

Sadəcə, bunu nəticəyə çevirmək çətin oldu. İkinci yarıda da oyunumuzdan qopmadıq, hücumlarımızın davamını gətirdik.

Hətta qol da vurduq. Özü də təmiz qol idi. Bəlkə oyunun içində hiss etmək olmurdu. Amma epizodun təkrarına baxdıqda gördük ki, təmiz qoldu.

Oyunun tempini daha çox hakim aşağı saldı. Halbuki oyunun tempini bu qədər aşağı salmağa ehtiyac yox idi. Hər halda rəqibimiz son ölkə çempionu “Neftçi” idi.

Rəvan Həmzəzadənin qərarlarını anlamadım. Vurduğumuz qol zamanı da anlamadım. Kamran İbrahimov oyunun içində kifayət qədər oyunu gecikdirirdi, amma ona yalnız 90-cı dəqiqədə sarı vərəqə göstərir.

Bir neçə epizodda əks-hücuma çıxırıq, Həmzəzadə oyunu saxlayıb rəqibə sarı vərəqə göstərir. Halbuki top bizdədi və əks-hücuma çıxırıq.

Dediyim kimi, Rəvanın qərarlarını anlamaq çətin idi. O, "Neftçi"yə meydanda azlıqda qaldığını hiss etdirmədi. Bəlkə də "Neftçi"yə sərf edirdi onun qərarları.

İstənilən halda oyunumuzdan razı qaldım. Neçə oyundur ki, rəqibdən geri qalmırıq. Sadəcə ustalıq səviyyəsi məsələsi var. İstəyirsən, oyunu gücləndirəsən, əvəzetmədə meydana yalnız gənc futbolçular var.

Amma oyunumuza görə pozitivik. Ən azından uduzmamalıydıq. Xalla ayrılmağa layiq idik. "Neftçi" üç xal qazandığını oyunun içində özü də gözləmirdi.

Bizi üzən heç nədən aldığımız sarı vərəqlərdi ki, növbəti oyunda Adil Nağıyevlə Tural Bayramlı olmayacaq.

Onları kimlərlə əvəz edəcəyimiz böyük sualdı. Amma qalan 4 oyunu layiqli mübarizə aparmaq istəyirik. "Neftçi"ni təbrik edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!