"Açığı, o, hələ qış fasiləsi vaxtı Azərbaycandan getmək istəyirdi"

23 Aprel 2022 23:40 Səbail 999
"Açığı, o, hələ qış fasiləsi vaxtı Azərbaycandan getmək istəyirdi"

"Biz onunla müqavilənəi bu tezliklə pozmağa hazırlaşmırdıq, özü istədi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bilindiyi kimi, Bayıl klubu Yurqen Qoxa ilə yollarını ayırıb.Albaniyalı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub və ona azad agent statusu verilib.

"Dənizçilər" ötən ilin avqustunda "Qəbələ"dən ayrılan 30 yaşlı legionerlə 1 illik müqavilə imzalamışdı.

Hacıyev Premyer Liqanın 19-cu turunda "Keşlə" ilə keçirilən matçda (0:3) dizindən ağır zədə almış Qoxanın bu səbəbdən Azərbaycandan getdiyini bildirib:

"Onun əməliyyata ehtiyacı var. İstəyirdik ki, aparıb Türkiyədə əməliyyat etdirək.

Ancaq məşqin əvvəlində gəlib dedi ki, əməliyatı Albaniyada etdirmək istəyirəm, icazə verin, gedim. Onun müqaviləsi mayın sonunda başa çatırdı.

Yəqin fikirləşib ki, onsuz da, bir neçə həftə kənarda qalacaq, mövsümün sonuna isə az qalıb, getsəm yaxşıdır. Onun qərarına hörmətlə yanaşdıq.

Qoxa ilə müqaviləni uzatmaq olmazdı? Açığı, o, hələ qış fasiləsi vaxtı buradan getmək istəyirdi. Dediyinə görə, ölkəsindən bir neçə klub ona müqavilə təklif etmişdi".

Digər Xəbərlər
Xəbər Lenti