"Neftçi”dən deyildi - “Səbail” üçün sevindirici məlumat

23 Aprel 2022 19:40 Səbail 1 193
"Neftçi”dən deyildi - “Səbail” üçün sevindirici məlumat

“Neftçi”nin “Zirə”ylə oyuna itkilərlə çıxması diqqətdən yayınmamışdı.

Aprelin 20-də ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşü çərçivəsində Zirədə yerli komandanın qonağı olan “ağ-qaralar” bir neçə futbolçunun xidmətindən məhrum idi.

Aqil Məmmədov üçün mövsüm vaxtından əvvəl başa çatıbsa, Voislav Stankoviçlə Mert Çelikin adına iştirak ərizəsində rast gəlmədik.

Son vaxtlar “11-lik”də görməyə adət etdiyimiz Sezar Meza Kolli isə mübarizəyə fasilədən sonra qoşuldu.

“Neftçi”ni qarşıdakı 5 gündə 2 vacib oyun gözləyir. Aprelin 24-də Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Səbail”in qonağı olacaq bakılılar, aprelin 29-da zirəlilərlə ölkə kubokunun cavab matçında üzləşəcək.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə zədəli futbolçuların hazırkı durumuna aydınlıq gətirməyə çalışdıq.

Allahverdiyevin verdiyi məlumata görə, Stankoviç aprelin 22-dən fərdi məşqlərə başlayıb.

Və həmin gün fitness zalında çalışmaqla yadda qalıb. Mertin müalicə prosesi isə hələ də davam edir. Türkəsilli müdafiəçinin “Səbail“lə oyuna qədər kollektiv çalışmalarda iştirak edəcəyi gözlənilir.

Klub rəsmisi onların oynayıb-oynamayacağı ilə bağlı qərarı baş məşqçi Samir Abasovun verəcəyini desə də, Voislavla Mertin “Səbail”lə matçda da şans qazanmayacağını demək olar.

Əvvəla zədədən dərhal sonra süni örtükdə qaçmaları riskli olar. Digər tərəfdən, “ağ-qaralar” üçün çempionluq şansı çoxdan itib. İndi onları daha çox kuboku qazanmaq maraqlandırır ki, “Zirə” ilə cavab görüşünü düşünürlər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti