Sponsor verdiyi sözü tutdu, daha artıq pul vəd etdi

20 Aprel 2022 22:20 Səbail 819
Sponsor verdiyi sözü tutdu, daha artıq pul vəd etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev verdiyi vədi yerinə yetirib.

Klubun baş sponsoru olan ASCO-nun rəhbəri Premyer Liqanın 22-ci turunda “Qəbələ“yə 3:0 hesabıyla qalib gələn “Səbail“in üzvlərini mükafatlandırıb.

Matçın start heyətində yer alan futbolçuların hər birinə 1000 manat ödənilib.

Bu isə son 2 ilin rekord göstəricisidir. “Dənizçilər“ ötən müddətdə ən yaxşı halda 500 manat alıb.

R,Vəliyevin adından kollektivə elan olunub ki, növbəti turlarda mükafat fondu bir nədər də artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti