Premyer Liqa klubundan təklif aldı: "Hələ özümə aid məsələlərə gəlib çatmamışıq"

20 Aprel 2022 11:40 Səbail 983
Premyer Liqa klubundan təklif aldı: "Hələ özümə aid məsələlərə gəlib çatmamışıq"

«Klub rəhbərliyi mənə yeni müqavilə təklif edib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

2017-ci ilin yayından Bayıl təmsilçisində işləyən gənc mütəxəssisin hazırkı sözləşməsi mayın sonunda bitəcək.

O, burada fəaliyyətini davam etdirmək istədiyini, bunun üçün ümumi şərtlərin üst-üstə düşməli olduğunu söyləyb:

«Söhbət tək məndən getmir. Öncə klubun gələnilki hədəfləri bilinməlidir. Qarşımıza hansı məqsədlər qoyulacaq, büdcə nə qədər olacaq, heyəti gücləndirə biləcəyik, ya yox – bunlar dəqiqləşməlidir.

Danışıqlar hələlik ilkin mərhələdədir, müzakirələr gedir. Açığı, danışıqların gedişində hələ özümə aid məsələlərə gəlib çatmamışıq. Ümid edirəm ki, sonu yaxşı olar».

Digər Xəbərlər
Xəbər Lenti