“Cavab gəlməsə, FİFA-ya müraciət edəcəyik” - PROBLEMLİ MƏSƏLƏ

18 Aprel 2022 16:00 Səbail 2 372
“Cavab gəlməsə, FİFA-ya müraciət edəcəyik” - PROBLEMLİ MƏSƏLƏ

“Səbail“ FİFA-ya şikayət edəcək.

Bu barədə Sportinfo.az-a klubun icraçı direkoru Fərəc Əliyev məlumat verib.

O, “Olimpiakos“dan beynəlxalq futbol qurumuna müraciət ünvanlayacaqlarını bildirib.

Problemin kökündə 3 ay öncə Yunanıstanın II Liqa təmsilçisinə icarəyə verilmiş Turan Manafovun vaxtından əvvəl, özü də problemli şəkildə geri qaytarılması dayanır.

Fərəc bəyi dinləyək:

“Mütləq şikayət edəcəyik. Ortada həm müqavilənin maddi şərtləri pozulub, həm də zədələnəcəyi təqdirdə, atmalı olan addımla bağlı bəndə əməl etməyiblər.

Bir neçə gün əvvəl “Olimpiakos Volos”a məktub göndərdik. İndi onlardan cavab gözləyirik. Cavab gəlməsə, FİFA-ya müraciət edəcəyik”.

Turan Manafov “Səbail”lə mayda bitəcək müqaviləsinin müddətini bu ilin sonuna qədər uzadıb yaya qədər Yunanıstan klubuna icarəyə verilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti