Adam rəsmən dəli olar ey!

17 Aprel 2022 09:40 Səbail 782
Adam rəsmən dəli olar ey!

Hamını maraq götürüb ki. görəsən, «Səbail» növbəti mövsüm necə olacaq, maliyyə cəhətdən bir az özünə gələcək, ya yox.

Hələlik xoş sədalar almaqdayıq.

Allah eləsin, «Xəzər Dəniz Gəmiçiliyi» sözünün üsğünd dursun və 3 il qabaqkı «Səbail»i yenidən görək.

Hər işdə madiyyət çox vacibdir. Futbolda özəlliklə.

Maaşını və mükafatını vaxtında almayan, bir çox hallarda bankomatın qarşısından əli ətəyindən uzun vəziyyətdə geri qayıdan oyunçu meydana çıxmaq vaxtı gələndə varlıq göstərməyəcək, ayaqlarını arxasınca sürüyəcək.

«Səbail» son həftələrə kimi keçirdiyi oyunları bir-bir incələyin, biz deyən fikrə gəlib çıxacaqsız.

Kasıbın qapısını açan həmişə az olar. «Səbail» bu üzdən demək olar hər altı aydan bir daha da zəifləyir.

Aftandil Hacıyev illərdir bunun əziyyətini çəkir, fəqət belə görünür ki, klubun səfasını başqası çəkəcək. Hər halda bugünədək baş məşqçiyə yeni müqavilə təklif olunmayıb.

Mövsümün başa çatmasına 40-45 gün qalıb, idarədə əyləşənlər hələ də özünü biqafil kimi aparır, yatıblar.

Ya da ki, artıq başqası ilə danışıqlar aparıb və anlaşıblar, səslərini çıxarmırlar.

Xəbərimiz yoxdur.

Bu səssizlik Hacıyevin özünü də qorxutmalıdır. Getməyə başqa yeri olmayanlarla zülm çək, pul ortaya gələndə isə sənə desinlər ki, sağ ol, işi indən belə filankəs aparacaq.

Bu da bir müsibətdir. Yaradan Hacıyevı o gündən saxlasın! Adam rəsmən dəli olar ey!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti