"Qəbələ" üzərində qələbə bizə ruh yüksəkliyi verib"

15 Aprel 2022 22:20 Səbail 2 105
"Qəbələ" üzərində qələbə bizə ruh yüksəkliyi verib"

"Səbail"in müdafiəçisi Cabir Əmirli Sportinfo.az-a açıqlama verib.

O, sabah Premyer Liqanın 23-cü turu çərçivəsində qarşılaşacaqları "Zirə" ilə matç haqqında danışıb:

"Hazırlığımız həmişəki qaydada gedib. Rəqib ilk üçlüyü hədəfləyən komandadır. Görüşün hər iki komanda üçün çətin keçəcəyini təxmin etmək olar".

Bayıl təmsilçisi 4 aylıq fasilədən sonra nəhayət, ötən tur "Qəbələ" üzərində qələbə (3-0) qazanmağı bacardı.

Əmirli həmin nəticənin də sabahkı görüşə müsbət təsir edəcəyini düşünür:

"Ötən tur qazandığımız qələbə bizə ruh yüksəkliyi verib. Komandada ab-hava yüksəkdir. Sabahkı görüşdə də maksimum nəticə qazanmağa çalışacağıq".

23 yaşlı müdafiəçi rəqibin ötən tur "Sabah"a məğlub olmasının ciddi önəm daşımadığını sözlərinə əlavə edib:

"Rəqiblərin əvvəlki nəticələrinin önəm yoxdur. Hər görüşə final kimi baxmalıyıq. Sona 6 tur qalıb. Maksimum nəticə göstərib, mövqeyimizi yaxşılaşdırmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti