Klubun baş sponsoru: “Pul problemi olmayacaq, iddialı komanda quracağıq“

15 Aprel 2022 20:00 Səbail 3 919
Klubun baş sponsoru: “Pul problemi olmayacaq, iddialı komanda quracağıq“

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev “Səbail“in kollektivi ilə görüşüb.

O, klubun gələcəyi ilə bağlı iddialı danışıb.

Premyer Liqanın son turunda “Qəbələ“ üzərində böyükhesablı qələbədən (3:0) məmnun qaldığını söyləyən R.Vəliyev “Səbail“in bundan sonra maliyyə çətinliyi çəkməyəcəyini, bütün ödəmələrin vaxtında ediləcəyini bildirib.

“Dənizçilər“in baş sponsoru yeni mövsümə ciddi hazırlıq gördüklərini söyləyib, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlarını qeyd edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti