Daha bir legioner Azərbaycan klubunu tərk etdi

15 Aprel 2022 01:50 Səbail 679
Daha bir legioner Azərbaycan klubunu tərk etdi

"Səbail" Yurqen Qoxa ilə yollarını ayırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, albaniyalı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

Futbolçuya azad agent statusu verilib.

Ötən ilin yayından "Səbail"də çıxış edən futbolçunun paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi var idi.

Digər Xəbərlər
Xəbər Lenti