AFFA deyir ki.. Bu klubu əcnəbi baş məşqçiyə tapşırın!

14 Aprel 2022 16:40 Səbail 999
AFFA deyir ki.. Bu klubu əcnəbi baş məşqçiyə tapşırın!

Növbəti mövsüm iddialı olması gözlənilən «Səbail»də hələlik qeyri-müəyyənlik hökm sürür.

Bayıl təmsilçisini kimin çalışdıracağı bugünədək dəqiqləşməyib.

2017-ci ilin yayında görəvə gələn Aftandil Hacıyevə yeni müqavilə təklif edilməyib. Amma bu, komandanın qeyri-sabit sezon keçirməsi ilə bağlı deyil.

Aydın məsələdir ki, mövcud situasiya baş məşqçidən qaynaqlanmır. Klubun maliyyə durumu son illərdə xeyli zəifləyib, əməkhaqlarının ödənilməsində «uzun quyruqlar» əmələ gəlib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) baş sponsoru olduğu «Səbail»ə yaxınlaradək barmaqarası münasibət göstərib.

Yalnız indi-indi bəlli olur ki, ASCO klubdan əlini tam çəkməyib. Və yaxın gələcəklə əlaqəli müəyyən layihələri gerçəkləşdirməyə hazırlaşırlar.

Hacıyevin həmin planlarda yer alıb-almaması daha çox AFFA-dan asılıdır. Bəli, düz eşitdiz! Federasiya baş məşqçi məsələsinin ümumi məsləhətləşmə əsasında həllini tapmasını istəyir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə bununla bağlı fikirlərini bildiriblər. AFFA komandanın əcnəbi mütəxəssisə tapşırılmasına dair təklif irəli sürüb və bir növ, klubun himayədarına təzyiq göstərirlər ki, Hacıyevlə əməkdaşlığa son versinlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti